“Həmişə bunun əziyyətini çəkmişik”: YIĞMANIN HÜCUMÇUSU

12 Yanvar 2020 17:26 Voleybol 715
“Həmişə bunun əziyyətini çəkmişik”: YIĞMANIN HÜCUMÇUSU

“Özümün ilk Avropa çempionatını hələ də xatırlayıram. Həmin vaxt Rusiyaya qarşı oynadıq”.

Sportinfo.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının sabiq hücumçusu Polina Rəhimova deyib.

Milli karyerasını başa vuran ulduz oyunçu verdiyi müsahibədə yığmadakı ilk illərini xatırlayıb: “Yekaterina Qamova, Yuliya Merkulova rəqibin heyətində oynayırdı.

Qarşımızda necə bir blokun olduğunu təsəvvür edə bilərsiniz. Mən onları ancaq televizorda izləmişdim. Nəhayət ki, torun əks tərəfində onlara rəqib oldum və özümə “oho” dedim”.

P.Rəhimova milli xatirələrinə də toxunub: “Millidəki 13 illik karyeramda bağlı çox sayda yaxşı xatirələrim qalıb. Natalya Məmmədova mənim üçün həmişə nümunə olub. Çünki o həmişə, xüsusilə də çətin vaxtlarda irəli getməyə köklənirdi.

Artıq milli karyerasını başa vuran, orta blokçu Kseniya Poznyak mənim yaxşı rəfiqəm idi. İndi o Kanadada oxuyur və kollecin komandasında oynayır. Mən Olena Həsənova ilə də çox yaxınam. Təəssüf ki, o, zədə səbəbindən Apeldornda sonadək bizimlə ola bilmədi”.

Voleybolçumuz yığmada qazana bilmədikləri üçün təəssüflənir: “Biz daha artığına nail ola bilərdik. Xüsusilə də 2017-ci ilin Avropa çempionatında.

Həmin vaxt Niderlandla dramatik yarımfinalda uduzduq. Biz onda ikinci yeri də tuta bilərdik. Lakin həmişə ehtiyat oyunçular skamyasının qısa olmasının əziyyətini çəkmişik. Buna görə də daim təzyiq altında olmuşuq.

İndi yığma karyeramı bitirirəm. Çünki Braziliyada oynayıram. Hər dəfə dünyanın o başından gəlmək, vaxta və komandaya uyğunlaşmaq çox qüvvə tələb edir. Lakin Azərbaycan millisində yaşadığım xatirələr əbədi olaraq mənimlə qalacaq”.

Digər Xəbərlər
Xəbər Lenti