“Musa oynamağa davam etməlidir ki, biz ona…” - ONUN AGENTİ

30 Avqust 2023 01:20 Bizimkilər 2 044
“Musa oynamağa davam etməlidir ki, biz ona…” -  ONUN AGENTİ

"Musa təxmin etdiyim kimi, qollarını vurmağa başlayıb.

Zamanla daha da yaxşı olacaq, çünki vurduğu iki qol və etdiyi məhsuldar ötürmədən sonra özünəinamı daha da artacaq. Dəqiq belədir".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Boyan İliç deyib.

Milli komandamızın forvardı Musa Qurbanlının "Yurqorden"ə keçidində vasitəçilərdən olan Boyan forvardın İsveç çempionatındakı performansını şərh edib.

Serbiyalı 21 yaşlı hücumçunun yaxın vaxtlarda bu çempionatın ən yaxşılarından olacağına şübhə etmir:

"Musanın qollarına davam edəcəyi və tez bir zamanda İsveç çempionatının ən yaxşı hücumçularından olacağını düşünürəm.

Azərbaycanda Musa kimi ölkə xaricində uğurlu çıxış edə biləcək yerli futbolçular yenə var. Gələcəkdə başqa oyunçuları da xaricə göndərə bilərəm.

Amma onlar da bunu ciddi qəbul etməli və ona köklənməlidir. Klublar da, "Qarabağ" kimi buna hazır olduğunu göstərməlidir.

Musa oynamağa və nəyə qadir olduğunu göstərməyə davam etməlidir ki, biz ona İsveç çempionatının yeni ulduzu deyə bilək. Məncə, o, buna çatacaq səviyyədədir".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!