Dörd futbolçu Türkiyə millisinin heyətindən çıxarıldı

16 Noyabr 2020 23:00 Türkiyə 568
Dörd futbolçu Türkiyə millisinin heyətindən çıxarıldı

Türkiyə yığmasının Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda Macarıstanla səfər oyunu üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, yekun heyətdə dörd futbolçunun adı yer almayıb.

Rusiya ilə oyunda (3:2) zədələnərək meydanı tərk edən Zeki Çelik Macarıstana aparılmayacaq. Bu oyunda sarı vərəqə almaqla cəzalı duruma düşən Cengiz Ünder də heyətdən kənarlaşdırılıb.

Bu iki futbolçu ilə yanaşı, Enes Ünal və Çağlar Söyüncünün də adı heyətdə yer almayıb.

Macarıstan – Türkiyə matçı noyabrın 18-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı