Türkiyə millisi bir ilki reallaşdırdı – Rusiya üzərində

16 Noyabr 2020 19:40 Türkiyə 525
Türkiyə millisi bir ilki reallaşdırdı – Rusiya üzərində

Türkiyə UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində Rusiya yığmasına 3:2 hesabı ilə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, bu oyun tərəflər üçün əlamətdar olub.

Belə ki, Rusiya millisi tarixində ilk dəfə Türkiyəyə məğlub olub. İndiyədək tərəflər arasında 8 oyun keçirilib ki, onlardan 4-də Rusiya qalib gəlib, digər 3 oyun isə bərabərliklə başa çatıb.

Sonuncu – 8-ci oyunda isə sevinən tərəf Türkiyə olub.

Qrupa 8 xalla Rusiya başçılıq edir. Türkiyə isə 6 xalla 3-cü pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"