Türkiyə klubunun prezidenti koronavirusa yoluxdu

12 Noyabr 2020 01:24 Türkiyə 357
Türkiyə klubunun prezidenti koronavirusa yoluxdu

"Göztəpə”nin prezidenti Mehmet Sepil koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə Klublar Birliyinin də rəhbəri olan funksionerdən götürülən koronavirus testi pozitiv nəticə verdiyi üçün ev şəraitində karantinə alınıb. Onda xəstəliyin hər hansı simptomuna rast gəlinmədiyi diqqətə çatdırılıb.

Türkiyə mətbuatı Sepilin bu səbəbdən Klublar Birliyinin sonuncu toplantısına qatılmadığını yazıb.

Digər Xəbərlər
Xəbər Lenti