Fikir ayrılığına görə baş məşqçisini göndərdi - Türkiyə klubu

3 Noyabr 2020 12:20 Türkiyə 457
Fikir ayrılığına görə baş məşqçisini göndərdi - Türkiyə klubu

Türkiyə Super Liqasında çıxış edən "Kasımpaşa" baş məşqçisi Mehmet Altıparmak ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Rəhbərlik baş məşqçi ilə fikir ayrılığı səbəbindən vidalaşdığını açıqlayıb.

"Kasımpaşa" çempionatdakı sonuncu matçda "Trabzonspor"u səfərdə 4:3 hesabı ilə məğlub edib. Komanda 7 turdan sonra 11 xalla 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti