Ukrayna yığmasının hücumçusuna göz dikib - Paytaxt klubu

1 Yanvar 13:10 İngiltərə 1 586
Ukrayna yığmasının hücumçusuna göz dikib - Paytaxt klubu

"Çelsi" hücum xəttini "Jirona"nın forvardı ilə gücləndirmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, "zadəganlar" Ukrayna millisinin də şərəfini qoruyan Artem Dovbiklə danışıq aparır.

26 yaşlı futbolçunu "Çelsi”nin baş məşqçisi Maurisio Poçettino sərəncamında görmək istəyir.

"Jirona" isə onun satışından 45 milyon avro qazanmağı planlaşdırır.

Dobvik 2023-cü ilin avqustunda “Dnepr-1″dən “Jirona”ya keçib və transfer məbləği 7,75 milyon avro olub. Onun İspaniya klubu ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"