“Qalatasaray”dan “Konyaspor”a keçdi - 2 illik

5 Oktyabr 2020 17:38 Türkiyə 670
“Qalatasaray”dan “Konyaspor”a keçdi - 2 illik

"Konyaspor” heyətini yeni futbolçularla gücləndirib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi “Qalatasaray”dan Ahmet Çalık, “Alanyaspor”dan isə Eray Birniçanı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ahmet Çalık “Qalatasaray”dan icarəyə götürülüb. Türkiyə millisinin də formasını geyinən mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu yeni komandasında “6” nömrəli formanı geyinəcək.

“Gənclərbirliyi”nin yetirməsi olan, 2011-2017-ci illər aralığında bu komandada 100-dən çox oyun keçirmiş Ahmet Çalık, Türkiyə millisində də 8 matça çıxıb. O, 2017-ci ildən “Qalatasaray”da forma geyinirdi.

“Konyaspor”un digər yeni transferi Eray Birniçan isə Super Liqa klubu ilə 1 illik müqaviləyə imza atıb. O, yeni komandasında “34” nömrəli formanı geyinəcək.

Eray daha öncə də “Konyaspor”un sıralarında olub, bu klubun gənclərdən ibarət komandasında forma geyinib. Birniçan karyerası ərzində “Samsunspor”, “Qaziantep”, “Rizəspor”, “Kasımpaşa” və “Alanyaspor”un da formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti