Millinin müdafiəçisi ilə gücləndi - Super Liqa klubu

13 Sentyabr 2020 10:00 Türkiyə 1 193
Millinin müdafiəçisi ilə gücləndi - Super Liqa klubu

“Fatih Karagümrük” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Sloveniya milli komandasının sol cinah müdafiəçisi Yure Balkoveçi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

2018-ci ildən “Verona”nın uğurları üçün çalışan Balkoveç, geridə qalan mövsümdə İtaliyanın digər klubu “Empoli”də icarədə oynayıb.

O, bu komandanın heyətində meydana çıxdığı 34 oyunda 1 qolla yadda qalıb. Sloveniya yığmasının üzvü daha öncə “Bari”, “Radomlje”, “Krka”, “Domjale” və “Bela Krajina” klublarında da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti