Yeni ildə ulduz futbolçulara nə hədiyyə edəcəklər?

28 Dekabr 2023 08:30 Hadisə 1 458
Yeni ildə ulduz futbolçulara nə hədiyyə edəcəklər?

Səudiyyə Ərəbistanı Pro Liqasının təşkilatçıları çempionatın ulduz futbolçularına Milad bayramı üçün dəbdəbəli hədiyyələr təqdim etməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

“Bizim yüksək səviyyəli ulduzlarımız var və onlar nadir hədiyyələrə layiqdirlər. Biz göstərmək istəyirik ki, onlar unikaldırlar. Milad bayramı bəzi oyunçular üçün çox yaxşı keçəcək”, -məlumatda bildirilir.

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanının ən zəngin futbol komandaları öz ulduz futbolçularına avtomobil hədiyyə edəcəklər – “Ferrari SF90 Spider”, “Lamborghini”, eləcə də “Bugatti”.

Bundan əlavə, dəyəri 345 min avrodan bir qədər çox olan saatlar, həmçinin Fransanın “Yves Saint Lauren” brendindən çantalar hədiyyə olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!