"Qarabağ"lı legionerin vurduğu qol həftənin ən yaxşısı adına namizəd oldu

15 Dekabr 2023 11:00 Qarabağ 922
"Qarabağ"lı legionerin vurduğu qol həftənin ən yaxşısı adına namizəd oldu

Avropa Liqasının qrup mərhələsində VI turun ən yaxşı qolu adına namizədlər bəlli olub.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda "Qarabağ"ın fransalı yarımmüdafiəçisi Yassin Benzianın Bakıda "Hakken"ə vurduğu qol da yer alıb.

29 yaşlı yarımmüdafiəçi 2:1 hesabı ilə qalib gəldikləri matçda komandasının sonuncu qolunun müəllifi olub.

Digər namizədlər İngiltərə "Brayton"undan Joau Pedro, Fransa "Renn"indən Lorents Assinyon və Yunanıstan "Olimpiakos"undan Daniel Podensedir.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!