Türkiyə Super Liqasında çıxış edən "Kayserispor"un yeni baş məşqçisi açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi Bayram Bektaşa həvalə edilib.
46 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Bektaş bu postda Azərbaycan millisinin sabiq baş məşqçsi Robert Prosineçkini əvəzləyib.
"Kayserispor" 2019/2020 mövsümünü 32 xalla sonuncu pillədə başa vursa da, Türkiyə Futbol Federasiyası çempionatda komanda sayını artırıb və bölgə təmsilçisi əsas liqada qalıb.