"Bu oyunçunu almasaydıq, nə edəcəyimizi təsəvvür etmək çətindir"

19 Fevral 15:40 İngiltərə 1 038
"Bu oyunçunu almasaydıq, nə edəcəyimizi təsəvvür etmək çətindir"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın yarımmüdafiəçisi Rodrinin fəaliyyətini yüksək qiymətləndirib.

Sportinfo.az xəbər verir ki, o, ispaniyalı futbolçunun çıxışından razı olduğunu bildirib:

“Rodri hər şeyə qadirdir. Bu, inanılmaz bir transfer idi. Bu oyunçunu almasaydıq, nə edəcəyimizi təsəvvür etmək çətindir.

Yarımmüdafiəçilərə hücumçular kimi diqqət yetirilmir, amma bu normaldır – rol belədir. Belə bir futbolçunun vəzifəsi komandada oynamaqdır”.

Rodri 2019-cu ildən “Mançester Siti”də çıxış edir. Bu mövsüm o, Premyer Liqada 21 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti