"Xəzər Lənkəran"ın yetirməsi Tacikistandan I Liqaya gəldi

16 Avqust 2023 01:10 I Divizion 1 539
"Xəzər Lənkəran"ın yetirməsi Tacikistandan I Liqaya gəldi

Transfer çalışmalarını davam etdirən "İmişli" heyətini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi Tacikistanın "Fayzkand" klubundan azərbaycanlı futbolçu İlyas Səfərzadəni transfer edib.

"Xəzər Lənkəran"ın yetirmə\si daha əvvəl "Kəpəz", və AZAL-da çıxış edib.

"İmişli" "Qaradağ Lökbatan"dan Nihad Tamazov, "Sumqayıt"dan Xəzər Mahmudov, "Araz-Naxçıvan"dan Həsrət İsayev, "Qarabağ"dan Rəhim Cəfərli və Ayxan Arazlını heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti