Bandırmada meydana çıxan yığmamızın müdafiəçisi - VİDEO

22 Aprel 08:40 Bizimkilər 1 113
Bandırmada meydana çıxan yığmamızın müdafiəçisi - VİDEO

Türkiyə I Liqasında 31-ci turun görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" səfərdə "Bandırmaspor"un qonağı olub.

Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Bəxtiyar da bu oyunun iştirakçısı olub. 31 yaşlı mərkəz müdafiəçisi qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb.

31 turdan sonra 33 xal toplayan "Tuzlaspor" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!