"Trabzonspor” 10 il sonra Türkiyə kubokunu qazandı - VİDEO

30 İyul 2020 01:38 Türkiyə 1 097
"Trabzonspor” 10 il sonra Türkiyə kubokunu qazandı - VİDEO

Türkiyə kubokunda 2019/20 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, final oyunu İstanbuldakı Atatürk Olimpiya stadionunda baş tutub.

Həlledici matçda “Trabzonspor” “Alanyaspor”la üz-üzə gəlib. Tarixində ilk dəfə kubokun finalına yüksələn sonuncular titullu rəqibi ilə bacarmayıblar.

Hər hissədə 1 qol vuran Trabzon klubu 15-ci dəfə yüksəldiyi finalda 9-cu dəfə mükafata yiyələnib. Sonuncu dəfə 2010-cu ildə bu uğura imza atan komanda kubok sayında “Beşiktaş”a çatıb.

“Trabzonspor” – “Alanyaspor” 2:0
Omur, 25, Sorlot, 90+10

Digər Xəbərlər
Xəbər Lenti