Millimiz Qazaxıstana uduzdu, işini çətinə saldı

6 Oktyabr 2023 22:10 Futzal 966
Millimiz Qazaxıstana uduzdu, işini çətinə saldı

Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsində Azərbaycan yığması bu gün 3-cü oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, rəqib qrupun hazırkı lideri Qazaxıstan millisi olub.

Bakı İdman Sarayında keçirilən görüş Qazaxıstan yığmasının 2:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Gərgin keçən matçda hesab 12-ci dəqiqədə açılıb. Azərbaycan yığmasından Hadi Ahmadi fərqlənib. Fasiləyə komandalar bu hesabla yollanıblar.

İkinci hissənin əvvəllərində qonaq komandadan Orozov bərabərliyi bərpa edib. Bundan sonra Qazaxıstan daha 3 qol vurub.

Qarşılaşmada son nöqtəni 40-cı dəqiqədə Azərbaycan millisndən heyətində Maneka qoyub. Beləliklə, Azərbaycan yığmaı doğma meydanında rəqibinə 2:4 hesabı ilə məğlub olub.

Qrupda növbəti turun oyunları oktyabrın 11-də keçiriləcək. Həmin gün bu komandalar Astanada üz-üzə gələcəklər.

Qrupun digər oyununda Rumıniya final fitinə 17 sayiə qalmış vurduğu qolla 2:1 hesablı qələbə qazanıb.

Azərbaycan yığması bundan əvvəl Rumıniyaya uduzub (1:3), Niderlandı isə məğlub edib (6:1).

Turnir cədvəlində Qazaxıstan 9 xalla liderdir. Rumıniya 6 xalla 2-ci, 3 xalı olan Azərbaycan isə 3-cüdür. Aktivinə xal yazdırmağı bacarmayan Niderland sonuncudur.

Azərbaycan – Qazaxıstan - 2:4

Qollar: Hadi Ahmadi, 11:46, Maneka, 39:55 // Birjan Orozov, 22:25, Duqlas, 26:02, Dauren Tursaqulov, 35:31, Leo, 38:49

Xəbər Lenti