"Qalatasaray" son turda qələbəni əldən verdi - VİDEO

25 İyul 2020 01:24 Türkiyə 820
"Qalatasaray" son turda qələbəni əldən verdi - VİDEO

Türkiyə Superliqasında mövsümün sonuncu - 34-cü turuna start verilib.

Sportinfo.az xəbər verir ki, turun açılış matçında "Qalatasaray" səfərdə "Antalyaspor"un qonağı olub.

Görüş 2:2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra xalını 56-ya yüksəldən "Qalatasaray" hazırda 5-ci pillədə qərarlaşıb. İstanbul təmsilçisi ən pis halda 6-cı pilləyə düşəcək. "Antalyaspor" isə 45 xalla 8-cidir.

Çempionluğu rəsmiləşdirən "Başakşəhər"ın 69 xalı var. "Trabzonspor" 62 xalla 2-ci, "Sivasspor" 60 xalla 3-cüdür.

"Antalyaspor" – "Qalatasaray" 2:2
Qollar
: Kulembe, 19, Blanko, 90+2 – Saraççi, 58, Belhanda, 65-pen

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!