Azərbaycanlı gənclər Monteneqroya 4 qol vurdu

16 Avqust 2023 02:40 Milli komanda 699
Azərbaycanlı gənclər Monteneqroya 4 qol vurdu

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, "Dalğa Arena"da Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 4:1 hesabı ilə qələbə qazanıb.

Amid Qasımovun dubl etdiyi oyunda millimizin digər qollarını Ömər Kərimov və Hikmət Cəbrayılzadə vurub.

Bu komandalar arasında növbəti oyun avqustun 18-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti