Yeni baş məşqçi ilə bağlanan müqavilədə XÜSUSİ ŞƏRT - Komandaya bir şey olsa…

23 Noyabr 2023 11:40 Kəpəz 2 176
Yeni baş məşqçi ilə bağlanan müqavilədə XÜSUSİ ŞƏRT - Komandaya bir şey olsa…

«Kəpəz»in Adil Şükürovla bağladığı müqavilənin bəzi detalları məlum olub.

AFFA-dan gələn tapşırıq əsasında işə götürülən baş məşqçinin taleyi tükdən asılıdır.

İkiillik kontrakt medalın görünən tərəfidir. Sənəddə belə bir bənd var ki, əgər komanda Premyer Liqada yerini qoruya bilməsə, razılaşma şərtlərinə yenidən baxılacaq.

Yəni, klub onunla əməkdaşlığa birtərəfli qaydada son qoymaq hüququna sahibdir.

Qərb təmsilçisi 13 tura 9 xal toplayıb və turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti