"Xarı Bülbül Şuşa" Bakıda Yunanıstan klubuna uduzdu

22 Noyabr 2023 03:20 Həndbol 767
"Xarı Bülbül Şuşa" Bakıda Yunanıstan klubuna uduzdu

Çelenc kubokunda mübarizə aparan kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” 1/16 final mərhələsində ilk matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində baş tutan qarşılaşmada komandamızın rəqibi Yunanıstan “Panathinaikos”u olub.

Görüş qonaqların üstünlüyü ilə keçib. İlk setdə 25:20 hesabı ilə qalib gələn yunanlar sonrakı hissələri 25:17 və 25:20 hesabları ilə üstün başa vuraraq matçın qalibi olublar - 3:0.

Cütün cavab oyunu noyabrın 29-da Yunanıstanda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti