“Qalatasaray” yenə koronavirus testindən keçdi

12 İyun 2020 22:40 Türkiyə 451
“Qalatasaray” yenə koronavirus testindən keçdi

“Qalatasaray”ın kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə futbolçu və məşqçi heyətindən, eləcə də klubda çalışanlardan koronavirus analizləri götürüldüyü diqqətə çatdırılıb. Bütün testlərin nəticəsinin neqativ çıxdığı bildirilir.

Koronavirus pandemiyasına görə dayandırılmış Türkiyə Super Liqası bu gündən etibarən qaldığı yerdən davam etdiriləcək. “Qalatasaray” fasilədən sonrakı ilk matçında iyunun 14-də “Rizəspor”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti