Millinin sabiq hücumçusu: “AÇ-2024-ün püşkü çox əlverişlidir”

3 Dekabr 2023 13:10 Avropa çempionatı 1 087
Millinin sabiq hücumçusu: “AÇ-2024-ün püşkü çox əlverişlidir”

İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer AÇ-2024-ün püşkatmasının nəticələrini şərh edib.

Sportinfo.az xəbər verir ki, o, bunu deyib:

“Püşk İngiltərə üçün çox əlverişlidir. Bütün matçlarda qələbə qazanacağınıza ümid edə bilərsiz.

İngiltərə yığması turnirdə hazırkı oyunçuları və təcrübələri ilə yekun qələbənin mümkün olacağına inanaraq çıxış edəcək. İngiltərə yığması şübhəsiz ki, Fransa millisi ilə birlikdə favoritdir”.

İngiltərə millisi C qrupunda Sloveniya, Danimarka və Serbiya yığmaları ilə mübarizə aparacaq.

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı