Qurban Qurbanov "Bayer"i necə dayandıra bilər? - VİDEONU MÜTLƏQ İZLƏYİN!

26 Oktyabr 2023 11:40 Qarabağ 1 324
Qurban Qurbanov "Bayer"i necə dayandıra bilər? - VİDEONU MÜTLƏQ İZLƏYİN!

Bu gün "Qarabağ” Avropa Liqasının H qrupunun 3-cü matçında Almaniyada “Bayer Leverkuzen"in qonağı olacaq.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, rəqib güclü olsa da, "Qarabağ"ın nə edəcəyi önəmlidir:

"Matçdan öncə Qurban Qurbanovun mətbuat konfransını izlədim. Gördüyümüz qədəri ilə o, komandasını bu oyuna həm də psixoloji cəhətdən hazırlayıb.

Yəni, çıxın futbolunuzu oynayın, rəqib Avropada ən yaxşılardan biridir, nəticə nə olursa olsun, əsas oyun olaraq yaxşı təsir bağışlayaq.

Əslində, "Bayer" oyun planında "Qarabağ" üçün münasib rəqibdir. Davamlı topa sahib olmağa çalışan, topun meydanın rəqibə aid hissəsində qalma faizi yüksək olan komandadır.

İkinci zonada daha yaxşı təsir bağışlamaq lazımdır. Müdafiə xətti ilə yarımmüdafiə arasında məsafə uzun olmamılıdır.

Əgər uzun olarsa, işimiz çətin olacaq. "Qarabağ" topu özündə daha çox saxlamağa çalışarsa, rəqibin hücum ritmini poza bilər.

Marko Yankoviçin oynaması komandamız üçün çox böyük üstünlük olardı. Hücumlar zamanı itirlən topu ən azı 5-10 saniyəyə qazanmaq lazımdır.

Çünki hücumlar zamanı müdafiə xətdi də məcbur çox irəli çıxır, nəticədə 40-50 metrlik boşluq yaranır. "Qarabağ” hücum zamanı itirilən toplardan sonra bu məqama diqqət yetirməlidir.

Çünki onlar uzun ötürmələrlə hər an təhlükəli epizodlar yaratmağı bacarırlar. Bir sözlə, cinah oyununa üstünlük verməklə, xüsusilə sol cinahdan edəcəyimiz hücumlarla "Bayer"ə qarşı üstünlük qura bilərik".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti