Azərbaycanl millisinin hücumçusu qiymətini 400 min avro qaldırdı

8 Yanvar 09:20 Bizimkilər 1 078
Azərbaycanl millisinin hücumçusu qiymətini 400 min avro qaldırdı

“Transfermarkt” futbolçuların yeni transfer qiymətlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, burada bir neçə azərbaycanlı oyunçuların qiyməti dəyişib.

Belə ki, İsveçdə “Yurqorden”in formasını geyinən Musa Qurbanlının dəyəri 1 milyon avrodan 900 minə enib.

“Qarabağ”ın müdafiəçisi Toral Bayramovla forvardı Juninyonun isə dəyəri artıb. Millimizin üzvü 500 mindən 800 minə, braziliyalı 600 mindən 1 milyona avroya yüksəlib.

Karyerasını “Hatayspor”da davam etdirən Renat Dadaşovun qiymətində isə yüksəliş var. Gənc hücumçunun dəyəri 1,6 milyondan 2 milyona avroya qalxıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi