"Qucaqlaşmağa icazə verməmək üçün səbəb varmı?"

17 May 22:40 Türkiyə 92
"Qucaqlaşmağa icazə verməmək üçün səbəb varmı?"

“Qalatasaray”ın futbolçusu Radamel Falkao koronavirus səbəbindən futbolda qoyulan bəzi məhdudiyyətləri tənqid edib.

Sportinfo.az xəbər verir ki, kolumbiyalı hücumçu şəxsi Tvitter səhifəsində yazıb ki, oyunçuların qol sevinci zamanı qucaqlaşmasına icazə verilməməsini anlamır:

“Futbolun geri dönüşünü görüb, soruşuram: Qol sevincində qucaqlaşmağa icazə verməmək üçün səbəb varmı? Bütün oyun boyu daima təmasdayıq. Künc zərbələri zamanı müdafiəçilər üzərimizə çıxırlar. Canlı sədd zamanı hər kəs yan-yanadır”.

Çempionatların bərpa olunduğu ölkələrdə federasiyalar UEFA-nın göstərişi ilə klublara futbolçularının oyun zamanı sosial məsafə qaydalarını pozmamağı tövsiyyə edib.

Xəbər Lenti
24 May 11:00 Ağdamdan Ankaraya...