Türkiyə Super Liqası iyunun ortasında başlayacaq

7 May 2020 01:38 Türkiyə 585
Türkiyə Super Liqası iyunun ortasında başlayacaq

Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir milli liqaların bərpa müddətini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, qrum rəhbəri bu gün keçirilən toplantıdan sonra mövsümün davam edəcəyini söyləyib.

Məlumata görə, Özdemir Super Liqa, birinci və ikinci liqanın iyunun 12, 13 və 14-də start götürəcəyini bildirib. O, mövsümü iyulun sonunda tamamlamaq istədiklərini qeyd edib.

Qrum rəhbəri qarşılaşmaların azarkeşsiz keçirilib-keçirilməyəcəyinə isə Səhiyyə Nazirliyi ilə aparılacaq müzakirələrdən sonra bəlli olacağını vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti