Günay da koronavirusa yoluxdu - “Qalatasaray”da

27 Mart 2020 18:06 Türkiyə 553
Günay da koronavirusa yoluxdu - “Qalatasaray”da

"Qalatasaray"da daha bir nəfərdə koronavirus aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin vitse-prezidenti Yusuf Günay sosial şəbəkə vasitəsilə bu xəstəliyə yoluxduğunu bildirib.

Klub rəsmisi testin nəticəsinin müsbət olduğunu yazıb. O, səhhətinin yaxşı olduğunu və müayinəsinin davam etdiyini də qeyd edib.

"Qalatasaray"ın digər vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim də bu xəstəlikdən əziyyət çəkir.

Digər Xəbərlər
Xəbər Lenti