Qurban Qurbanov futbolçularına sərt üzünü göstərdi

4 Noyabr 2023 13:00 Qarabağ 9 904
Qurban Qurbanov futbolçularına sərt üzünü göstərdi

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov futbolçularına sərt üzünü göstərib.

Təcrübəli mütəxəssis Avropa Liqasının üçüncü turunda «Bayer»ə 1:5 hesabıyla uduzandan sonra Premyer Liqada «Araz-Naxçıvan»a yenilən (1:2) komandaya narazılığını bildirib.

O, debütanta məğlubiyyəti qəbul etməyəcəyini söyləyib, vurğulayıb ki, hamı bunun bədəlini ödəyəcək.

Qurbanov ad çəkməsə də, bəzi oyunçuların işinə məsuliyyətlə yanaşmadığını diqqətə çatdırıb və müvafiq tədbirlər görəcəyini diqqətə çatdırıb.

Azərbaycanın ən yaxşı məşqçisi qeyd edib ki, komandanın daxili liqadakı nəticələri onu razı salmır və gedişat bundan sonra ölkə çempionatına daha ciddi fikir vermələrini göstərir.

«Qarabağ» 11 tur ərzində 3 məğlubiyyət alıb. Aktivində 6 qələbə olan Ağdam təmsilçisi 20 xalla turnir cədvəlinin 2-ci sırasında qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!