“Sportinfo”nun xəbəri təsdiqini tapdı - Məşhur klubların keçmiş oyunçusu Azərbaycanda!

1 Sentyabr 2023 22:20 Kəpəz 3 742
“Sportinfo”nun xəbəri təsdiqini tapdı - Məşhur klubların keçmiş oyunçusu Azərbaycanda!

"Kəpəz" yeni legionerlə güclənib.

Gəncə klubu Sportinfo.az-ın ötən gün yaydığı məlumatı rəsmi surətdə doğrulayıb (https://www.sportinfo.az/idman_xeberleri/kepez/178904.html).

Georgi Papunaişvili "sarı-göylər"in şərəfini qoruyacaq. 27 yaşlı gürcüstanlı yarımmüdafiəçi ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Tbilisi "Dinamo"sunun yetirməsi olan Papunaişvili ölkəsi ilə yanaşı, Avropada da çıxış edb. O, İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyinib. Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında oynayıb.

"Kəpəz"dən daha bir transfer

Gürcüstan yığmasında 12 oyuna 2 qol vurub. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Georginin son klubu ölkəsində "Telavi" olub.

Onun Azərbaycanda aylıq qazancı 5000 dollardan aşağı bir məbləğ təşkil edəcək.

"Kəpəz" bu yay Vurğun Hüseynov, Zamiq Əliyev, Rüfət Əhmədov (icarə, "Qəbələ"), Əli Səmədov, Ehtiram Şahverdiyev, Elmir Tağıyev (icarə, "Səbail"), Vladislav Vasilyuçek, Olavale Onanuqa, Latir Fal, Vüsal Məsimov, Şakir Seyidovu (icarə, "Sabah") da transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!