“O adam mənə demişdi ki, “Neftçi”nin yaxşı şəraiti var”

26 Yanvar 21:00 Bizimkilər 1 764
“O adam mənə demişdi ki, “Neftçi”nin yaxşı şəraiti var”

“Təəssüf ki, burada Azərbaycan çempionatının oyunları yayımlanmır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Rusiyada çalışan azərbaycanlı jurnalist Anar İbrahimov deyib.

O, əməkdaşımızın “Azərbaycan Premyer Liqası Rusiyadan necə görünür” sualını belə cavablandırıb:

“Hansısa turnir olanda, ya da Rusiya və Azərbaycan komandaları yoldaşlıq oyunları keçirəndə televizorda göstərirlər.

Adi bir şey deyim. “Zenit” yoldaşlıq matçı üçün Bakıya gedib-qayıdandan sonra klubda çalışan şəxslərdən biri ilə söhbət etmişdim.

O adam mənə demişdi ki, “Neftçi”nin yaxşı şəraiti var, bizə yüksək səviyyədə şərait yaradıldı və qonaqpərvərlik yüksək səviyyədə idi.

Məncə, bu, insanların Azərbaycan futbolu haqda hansı fikirdə olmasının sübutudur”.

Digər Xəbərlər
Xəbər Lenti