"Beşiktaş"ın prezidentliyinə namizədlərdən biri geri çəkildi

18 Oktyabr 2019 09:28 Türkiyə 519
"Beşiktaş"ın prezidentliyinə namizədlərdən biri geri çəkildi

Oktyabrın 20-də Türkiyənin “Beşiktaş” klubunun yeni prezidentinin adı məlum olacaq. Sportinfo.az xəbər verir ki, bazar günü baş tutacaq seçki öncəsi namizədlərin siyahısında dəyişiklik baş verib.

İsmail Ünal öz namizədliyini geri götürüb. Bu üzdən də prezidentlik uğrunda Sərdal Adalı, Ahmet Nur Çebi və Hürser Tekinoktay mübarizə aparacaq. İsmail Ünal namizədliyini geri götürərkən seçkilərdə Sərdal Adalıya dəstək göstərəcəyini bəyan edib.

“Beşiktaş”a 2012-ci ildən rəhbərlik edən Fikrət Orman bir müddət əvvəl istefa verib. Bu üzdən də İstanbul klubunda növbədənkənar prezident seçkisi təyin olunub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı