“Qarabağ”ın narahatlığına gərək yoxdur – SEVİNDİRƏN FAKT

16 Fevral 2023 20:40 Qarabağ 695
“Qarabağ”ın narahatlığına gərək yoxdur – SEVİNDİRƏN FAKT

“Qarabağ”ın bu axşamkı rəqibi “Gent” avrokuboklarda uğur əldə bilməsə də, kifayət qədər təcrübəyə sahibdir.

1964/65 mövsümündə beynəlxalq arenalarda debütünü Kuboklar Kubokunda edən “ağ-göylər” o vaxtdan bu yana bütün turnirlərdə iştirak edib, yaxın keçmişdə 7 dəfə Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələsində çıxış edib.

Ötən mövsümü Belçika çempionatında 5-ci pillədə başa vuran Gentin eyniadlı komandası ölkə kubokunu başı üzərinə qaldırmaqla Avropa Liqasına vəsiqə qazanıb.

Lakin ötən yay “Omoniya” səddi keçilməz olub və “Qarabağ”ın rəqibi mübarizəyə Avropa Konfrans Liqasında davam edib, sonda qrupdan çıxaraq təmsilçimizə rəqib olub.

“Gent”i “köhlən atlar”a uyğun rəqib adlandıra bilərik. Komanda ötən il Belçika kubokunun sahibi olubsa, Konfrans Liqasında qrup mərhələsini adlayıbsa, deməli, qabda nəsə var.

Amma bir maraqlı fakt da var ki, buna sevinməmək olmur. “Gent”in səfər oyunlarında inamlı təsir bağışlamaması.

Çox uzağa yox, yaxın keçmişə boylanaraq, Belçika təmsilçisinin 2020-ci ilin yayından bu yana avrokuboklarda keçirdiyi səfər matçlarına nəzər saldıq. Rəqib meydanında keçirdiyi 15 qarşılaşmada vur-tut 3 qələbə, 2 heç-heçə və 9 məğlubiyyət.

Hansı komandalarla oyunlarda? Siyahı ilə tanış olun.

“Dinamo” (Ukrayna) - “Gent” 3:0

“Srvena Zvezda” (Serbiya) - “Gent” 2:1

“Slovan” (Çexiya) - “Gent” 1:0

“Valerenqa” (Norveç) - “Gent” 2:0

RFS (Latviya) - “Gent” 0:1

“Rakov” (Polşa) - “Gent” 1:0

“Partizan” (Serbiya) - “Gent” 0:1

“Flora” (Estoniya) - “Gent” 0:1

“Anortosis” (Kipr) - “Gent” 1:0

PAOK (Yunanıstan) - “Gent” 1:0

“Omoniya” (Kipr) - “Gent” 2:0

“Molde” (Norveç) - “Gent” 0:0

“Şemrok Rovers” (İrlandiya) - “Gent” 1:1

“Dürqardens” (İsveç) - “Gent” 4:2

Göründüyü kimi, “Gent” son 6 oyunda qələbəyə həsrət qalıb. Son 3 avrokubok mövsümündə səfərdə əldə etdiyi qalibiyyətlərin sayı 3-dür ki, qələbələr Estoniya, Latviya, Serbiya komandaları üzərində əldə olunub.

Yunanıstan, Kipr, İsveç kimi ölkələrin ortabab komandaları oyunlarda isə məğlubiyyət acısı yaşanıb.

Odur ki, çəkinməyə və ehtiyatlanmağa dəyməz. “Qarabağ” hər nə qədər itkilərə məruz qalsa da, “Omoniya”, “Valerenqa”, “Rakov” kimi rəqiblərə boyun əyən komandanı Bakıda udmaq gücündədir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti