"Qalatasaray"ın rumıniyalı yarımmüdafiəçisinə iki təklif

24 Avqust 2022 12:20 Türkiyə 603
"Qalatasaray"ın rumıniyalı yarımmüdafiəçisinə iki təklif

"Qalatasaray"ın futbolçusu Aleksandru Çikaldau üçün iki təklif gəlib.

Sportinfo.az xəbər verir ki, yeni mövsümdə heyətdə özünə yer tapa bilməyən rumıniyalı yarımmüdafiəçi daha çox oynayacağı komandaya keçmək istəyir.

25 yaşlı futbolçunu transfer etmək istəyən klublardan biri "Sivasspor"dur. Super Liqa təmsilçisi Çikaldaunu 1 mövsümlük icarəyə götürmək istəyir.

Digər təklif isə İtaliyadandır. "Sampdoriya" Rumıniya millisinin üzvünü transfer etmək üçün "Qalatasaray"a 5 milyon avro təklif edib. "Cim bom" isə yarımmüdafiəçini 7,5 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Digər Xəbərlər
Xəbər Lenti