İstanbul klubu baş məşqçi ilə bağlı bu qərarı verdi

30 Noyabr 2021 10:20 Türkiyə 790
İstanbul klubu baş məşqçi ilə bağlı bu qərarı verdi

“Beşiktaş”da baş məşqçi Sərgən Yalçınla bağlı qərar qəbul edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Əmrə Kocadağ mətbuata açıqlamasında bildirib.

Onun dediyinə görə, klub rəhbərliyinin iclasında 49 yaşlı mütəxəssislə yola davam edilməsi məqsədəuyğun sayılıb.

İclasda Kocadağla yanaşı, “Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi və Sərgən Yalçın da iştirak edib.

“Beşiktaş” Türkiyə Super Liqasında uğursuz çıxış edir. “Qara qartallar” Super Liqada 20 xalla 10-cu pillədə qərarlaşıb və lider “Trabzonspor”dan 16 xal geridədir.

Digər Xəbərlər
Xəbər Lenti