Türkiyənin baş məşqçisi hansı komandalardan çəkinir?

19 Noyabr 2021 01:20 Türkiyə 916
Türkiyənin baş məşqçisi hansı komandalardan çəkinir?

Türkiyə DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, yığmanın çalışdırıcısı Ştefan Kunts bu mərhələdə qarşılaşmaq istəmədiyi rəqiblərin adlarını açıqlayıb.

O, Monteneqro ilə səfər matçından (2:1) sonra keçirilən mətbuat konfransında “pley-offda hansı komanda ilə qarşılaşmaq istəməzsiz” sualına belə cavab verib:

“Nənəmin yaxşı bir sözü var idi: təsir edə bilməyəcəyin şey haqda çox düşünməyə ehtiyac yoxdur.

Potensial rəqiblərimizin hamısı güclüdür. Reqlamentə görə ilk oyunumuzu səfərdə keçirəcəyik. Seçim şansım olsa, Portuqaliya və İtaliya səfərlərinə getməməyi seçərdim”.

Pley-off mərhələsinin püşkatması noyabrın 26-da olacaq. Səpələnməmişlər səbətində yer alan Türkiyə yığmasının potensial rəqibləri Portuqaliya, Şotlandiya, İtaliya, Rusiya, İsveç və Uels yığmalarıd

Digər Xəbərlər
Xəbər Lenti