“Qalatasaray” icarəyə verdi

16 İyul 2021 00:00 Türkiyə 528
“Qalatasaray” icarəyə verdi

“Qalatasaray” gənc müdafiəçisi Emin Bayramı yenidən icarəyə göndərib.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı futbolçu qarşıdakı mövsümü də “Boluspor”da keçirəcək.

Bu barədə TFF 1-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Mərkəz müdafiəçisi geridə qalan mövsümün ikinci dövrəsini də məhz “Boluspor”da icarədə keçirmişdi.

İstanbul təmsilçisi gənc futbolçusunun daha bir il icarədə oynamasına qərar verib. O, geridə qalan mövsümdə Bolu təmsilçisinin heyətində 10 rəsmi matça çıxıb.

“Boluspor” Eminlə yanaşı, Albaniyanın “Teuta” klubunun yarımmüdafiəçisi Deyvi Brequnu da heyətinə qatıb. 25 yaşlı vingerlə 2 illik müqavilə imzalandığı açıqlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"