“Herenven” və “Sportinq”dən Super Liqa klubuna

2 İyul 2021 01:38 Türkiyə 1 134
“Herenven” və “Sportinq”dən Super Liqa klubuna

“Antalyaspor” heyətini yeni futbolçularla gücləndirib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Niderlandın “Herenven” klubunun müdafiəçisi Şerel Floranusu, Portuqaliya “Sportinq”indən isə qapıçı Dioqo Souzanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Şerel Floranus Antalya təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.

Niderlandlı sağ cinah müdafiəçisi 2018-ci ildən “Herenven”də çıxış edirdi. O, daha öncə yetirməsi olduğu Rotterdam “Sparta”sında oynayıb. 22 yaşlı futbolçu Niderlandın U-21 və aşağı yaş qrupları üzrə yığmalarında da çıxış edib.

Dioqo Souza isə “Antalyaspor” ilə 4 illik müqaviləyə imza atıb. 2014-cü ildən “Sportinq”in sıralarında olan gənc qolkiper Lissabon təmsilçisinin əsas komandasında debüt şansı qazanmayıb. Argentinalı qapıçının 22 yaşı var.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular