Ali Koç ikinci dəfə “Fənərbaxça”nın prezidenti seçildi

27 İyun 2021 10:00 Türkiyə 409
Ali Koç ikinci dəfə “Fənərbaxça”nın prezidenti seçildi

“Fənərbaxça”da prezident seçkisi keçirilib.

Sportinfo.az xəbər verir ki, seçkilərdə yeganə namizəd klubun hazırkı prezidenti Ali Koç idi.

54 yaşlı biznesmen yenidən İstanbul təmsilçisinin prezidenti seçilib. O, səsverməyə qatılan 6682 nəfərdən 6459-nun səsini toplayıb.

Ali Koç 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edir.

Digər Xəbərlər
Xəbər Lenti