Rəşad Sadıqovun QİSMƏTində olan FOTOREPORTAJ

14 Avqust 2023 02:30 Zirə 968
Rəşad Sadıqovun QİSMƏTində olan FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında II turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, I turun sürpriz komandaları “Zirə” və “Kəpəz” birincilərin meydanında üz-üzə gəlibl.

Ötən həftə bakılıların çempion “Qarabağ”a, gəncəlilərin isə bürünc mükafatçı “Neftçi”yə qalib gəlməsi matça marağı daha da artırırdı.

Qarşılaşmanın taleyini bir qol həll edib. “Zirə” ikinci hissədə vurduğu yeganə qolla hesabına növbəti 3 xalı yazdırıb. Komandaya qələbəni 64-cü dəqiqədə fərqlənən Qismət Alıyev qazandırıb.

Bu qalibiyyət sayəsində Rəşad Sadıqovun kollektivi maksimum nəticə ilə yoluna davam edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!