"Qalatasaray"da prezident seçkiləri yenə ləğv edildi

6 May 2021 00:14 Türkiyə 551
"Qalatasaray"da prezident seçkiləri yenə ləğv edildi

"Qalatasaray"da mayın 22-nə nəzərdə tutulan növbədənkənar prezident seçkiləri ləğv olunub.

Sportinfo,az xəbər verir ki, buna koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən sərt karantin rejimi səbəb olub.

Seçicilərin problemlə üzləşə biləcəyini nəzərə alan klub seçkilərin yeni vaxtının yaxın günlərdə açıqlanacağını bildirib.

Hələ ötən ilin dekabrında keçirilməli olan prezident seçkiləri eyni səbəbdən təxirə salınmışdı.

Digər Xəbərlər
Xəbər Lenti