12 futbolçu ilə müqavilə uzadılmayacaq? - "Qalatasaray"da

1 May 2021 22:00 Türkiyə 1 146
12 futbolçu ilə müqavilə uzadılmayacaq? - "Qalatasaray"da

"Qalatasaray" 12 futbolçu klub rəhbərliyindən gələcəyi ilə bağlı qərar gözləyir.

Sportinfo.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb.

İstanbul təmsilçisində bu mövsümün sonu 7 futbolçunun müqaviləsi başa çatacaq, 5 oyunçunun isə icarə müqaviləsinin müddəti tamamlanacaq.

Nəşr yazıb ki, "Qalatasaray" sözləşməsini yeniləməyi düşündüyü futbolçulardan maaşlarında endirim tələb edəcək. "Cim-Bom" heyətdə görmək istəmədiyi oyunçularla isə yolları ayıracaq.

"Qalatasaray"dan gələcəyi ilə bağlı xəbər gözləyən futbolçular Arda Turan, Rayan Donk, Martin Linnes, Şener Özbayraklı, Emre Taşdemir, Ömer Bayram, Emre Akbaba, Marselo Saraççi, Peter Etebo, Qedson Fernandes, Halil Dervişoğlu, Henri Onyekurudur.

Bildirilib ki, klub bu mövsümün sonu Saraççi və Etebo ilə böyük ehtimalla yolları ayıracaq. Donk, Arda, Ömer, Emre Taşdemir və Emre Akbaba üçün isə məşqçi heyəti ilə rəhbərlik birgə yekun qərar verəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı