Türkiyə millisində Covid-19 problemi - 14 oldu

4 Aprel 2021 21:40 Türkiyə 513
Türkiyə millisində Covid-19 problemi - 14 oldu

Türkiyə millisinin və "Lill"in futbolçusu Yusuf Yazıcı koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Onun karantinə alındığı bildirilib.

Bununla da, Türkiyə millisində koronavirusa yoluxanların sayı 14-ə yüksəlib.

Y.Yazıcıda yanvarda da koronavirus aşkarlanmışdı.

Bundan əvvəl Türkiyə millisində İrfan Can Kahveci, Nazım Sangare, Merih Demiral, Zeki Çelik, Emre Kılınç, Cenk Tosun, Kaan Ayhan, Kenan Karaman,Dorukhan Toköz, Taylan Antalyalı və məşqçi heyətinin 3 üzvünün koronavirusa yoluxduğu açıqlanıb.

Digər Xəbərlər
Xəbər Lenti