Türkiyə millisində yoluxma sayı 12-yə çatdı

1 Aprel 2021 21:40 Türkiyə 1 199
Türkiyə millisində yoluxma sayı 12-yə çatdı

Türkiyə millisində koronavirusa yoluxanların sayı artmaqdadır.

Sportinfo.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsində Latviya ilə oyundan sonra daha 4 futbolçunun testi pozitiv çıxıb.

Yoluxanların adları açıqlanmayıb.

Seçmə mərhələnin əvvəlki matçları ərəfəsində isə 8 oyunçuda - İrfancan Kahveci, Nazım Sangare, Merih Demirel, Zeki Çelik, Cenk Tosun, Kaan Ayhan, Dorukhan Toköz ve Emre Kılınçda virus aşkarlanmış və onlar heyətdən kənarlaşdırılmışdılar.

Virus aşkarlanan ölkə xaricində çıxış edən futbolçular klublarına qayıtmayıblar. Onlar bir müddət milli komandanın bazasında müalicə olunacaqlar. Bir həftə sonra isə klublarına qayıdacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti