Arda Turan derbidəki təhqirə görə cəzalandı

11 Fevral 2021 01:38 Türkiyə 705
Arda Turan derbidəki təhqirə görə cəzalandı

Türkiyə Futbol Federasiyası "Qalatasaray"ın kapitanı Arda Turanı cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2 oyunluq diskvalifikasiya olunub.

Buna təcrübəli oyunçunun "Fənərbağça" ilə Superliqanın XXIV turunun səfər matçından sonra təhqiramiz ifadələr işlətməsi səbəb olub.

"Ülker" stadionunda keçirilmiş qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti