Məsut Özil: “Yolumuz uzundur və sonu çempionluq olacaq”

9 Fevral 2021 12:00 Türkiyə 512
Məsut Özil: “Yolumuz uzundur və sonu çempionluq olacaq”

Türkiyə superliqasının növbəti turunda “Qalatasaray”a 1:0 hesabı ilə məğlub olan “Fənərbağça”nın ulduzu Məsut Özil matçın nəticəsilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, nəticənin daha fərqli ola biləcəyini qeyd edib.

“Komandamla çıxdığım ilk oyunların daha fərqli nəticə ilə başa çatmasını istərdim. Dünənki məğlubiyyətə görə hamımız çox pərişanıq.

Amma mən “Fənərbağça”ya komanda yoldaşlarım və azarkeşlərimizlə birlikdə qələbələr və kuboklar qazanmaq üçün gəlmişəm. Yolumuz uzundur və inşallah, sonu çempionluq olacaq. Bunun üçün daim əlimizdən gələni etməyə davam edəcəyik”, - deyə Özil bildirib.

Digər Xəbərlər
Xəbər Lenti