"Qarabağ"la oyundan öncə ciddi itkiləri var

27 Avqust 2023 08:50 Kəpəz 1 777
"Qarabağ"la oyundan öncə ciddi itkiləri var

"Kəpəz" Premyer Liqanın 4-cü turunda qarşılaşacağı "Qarabağ"la səfər oyununa itkilərlə yollanıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Vurğun Hüseynov, Abdullahi Şuaybu, Ehtiram Şahverdiyev və Mate Kvirkviya zədəyə görə oyunu buraxacaq.

Mahir Həsənovun vəziyyətinə isə oyun günü aydınlıq gələcək.

Cəza dövrü bitməyən Elmir Tağıyev də görüşdə iştirak edə bilməyəcək.

Bu gün keçiriləcək sözügedən görüş saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı