"Mançester Yunayted" evdə möhtəşəm geridönüş etdi - VİDEO

27 Avqust 2023 00:00 İngiltərə 1 012
"Mançester Yunayted" evdə möhtəşəm geridönüş etdi - VİDEO

İngiltərə Premyer Liqasında 3-cü turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün "Mançester Yunayted" doğma meydanda "Nottingem Forest"i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 6-ya yüksəldən "Mançester Yunayted" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Nottingem Forest" isə 3 xalla 14-cü yerdədir.

"Mançester Yunayted" - "Nottingem Forest" 3:2

Qollar: Kristian Eriksen, 17, Kazemiro, 52, Bruno Fernandeş, 76 (pen) - Tayvo Avoni, 2, Villi Boli, 4

Digər Xəbərlər
Xəbər Lenti