Müdafiə Nazirliyindən MƏLUMAT - Hərbi vəzifəlilərin... FOTO

6 Sentyabr 2023 12:50 Bizimkilər 1 162
Müdafiə Nazirliyindən MƏLUMAT - Hərbi vəzifəlilərin... FOTO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Təlim toplanışında hərbi vəzifəlilərlə sıra və rabitə hazırlığı məşğələləri təşkil olunur, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları öyrədilir.

Toplanışın keçirilməsində əsas diqqət ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsinə, bilik və bacarıqlarının artırılmasına yönəldilib.

Digər Xəbərlər
Xəbər Lenti