Gözləmədi, 4 transferi birdən açıqladı - Super Liqa klubu

23 Yanvar 2021 12:00 Türkiyə 910
Gözləmədi, 4 transferi birdən açıqladı - Super Liqa klubu

"Ankaragücü” heyətini yeni futbolçularla gücləndirib.

Sportinfo.az xəbər verir ki, transfer qadağasını aradan qaldırmağa nail olan Super Liqa klubu Aliu Badji, İbrahim Akdağ, Ali Kaan Güneren və Embiya Ayyıldızı heyətinə qatıb.

Paytaxt klubu Aliu Badjini Misirin “Əl-Əhli” klubundan satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb. Seneqallı futbolçunun 23 yaşı var və hücumçudur.

Yarımmüdafiəçi olan İbrahim Akdağla 1.5, Ali Kaan Güneren ilə 2.5+1 illik müqavilə imzalanıb. Hücumçu Embiya Ayyıldız da 2.5+1 illik müqaviləyə imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı